Əgər Amerika ordusu İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, Tehran dörd həftə ərzində nüvə silahı istehsal edə bilərdi.
Bakues.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində səsləndirib.
“İran hakimiyyəti belə bir silahı əldə etsəydi, ondan istifadə etməyə tərəddüd etməzdi”, – Tramp bildirib.
ABŞ prezidenti özünü və İsrail Baş naziri Benyamin Netanyahunu müharibə qəhrəmanı adlandırıb:
“Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə çalışırıq. O, qəhrəmandır. Mən də eləyəm. Heç kim buna fikir vermir, amma mən də qəhrəmanam. Çünki həmin təyyarələri İranın nüvə obyektlərini bombalamağa mən göndərdim”.