
Heftelik.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğundakı mənbə bildirib.
Nəzarət qurumunun məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra M.Hacıyev xaricə gedərək ona xarici vətəndaşlığın verilməsi müqabilində Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, bu barədə “Telegram” kanalındakı videoyazıda məlumat verib.
Sabiq deputat 2023-cü ilin may ayından Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilib.