Oktyabrın 10-da Tacikistanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin baş katibi S. Lebedev deyib.
Onun sözlərinə görə, dövlət başçıları bir sıra aktual məsələlər, o cümlədən hərbi sahədə, terrorizmlə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı müzakirə aparacaqlar.
Zirvə toplantısında BMT-nin yaradılmasının 80 illiyi və Çernobıl qəzasının 40 illiyi ilə əlaqədar Bəyanat qəbul ediləcək.
Bir gün əvvəl - oktyabrın 9-da Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
“Cebheinfo.az”