EN

Gəncədə yeniyetmə həmyaşıdı tərəfindən öldürülüb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) Gəncə șəhəri, Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
27
bizimyol.info

10Sources