EN

Fiziki şəxslər tərəfindən bu il Azərbaycana 1.2 mlrd. dollarlıq məhsul idxal edilib

2025-ci ilin yanvar-iyul ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1 milyard 208 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.9%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 66 milyon 211 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,43%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.9% azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 15 milyard 227 milyon ABŞ dolları, idxalı isə 13 milyard 614.8 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

Chosen
27
8
apa.az

10Sources