Türkiyənin ən çox vergi ödəyicisinin adı elan elan olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gəlirlər İdarəsi (GİB) 2024-cü il vergi dövrü üçün ən çox gəlir vergisi ödəyən vergi ödəyicilərini açıqlayıb.
Hesabata əsasən, Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar ixrac gəlirləri sayəsində 2024-cü ildə Türkiyənin ən çox vergi ödəyicisi ünvanına sahiblənib: "Bayraktar 2 milyard 767 milyon 587 min 718 lirə gəlir vergisi ödəyib. Onun ardınca böyük qardaşı Lütfü Haluk Bayraktar gəlir. O, 2 milyard 528 milyon 619 min 921 lirə vergi ilə ikinci olub".
Lamiyə Əhmədli
MİA.AZ