EN

Azərbaycan Premyer Liqasında son 10 ildə ilk dəfə baş verib

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı heç-heçələrlə zəngin olub. I turun baş tutan 5 oyununda üçü sülhlə nəticələnib.

Day.Az PFL-ə istinadən xəbər verir ki, "Karvan-Yevlax" - "Qəbələ", "Neftçi" - "Şamaxı" və "Zirə" - "Araz-Naxçıvan" görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub. Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

 

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.

Chosen
45
20
day.az

10Sources