EN

Bir ildə pnevmoniyaya yoluxan 400-dən çox şəxs ölüb - Şok statistika!


Dövlət Statistika Komitəsi Azərbaycanda pnevmoniyaya yoluxmada artım barədə mətbuata açıqlama verib. Komitədən bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2013-cü ildə 58 min 507 nəfər) nəfər olub.

Bundan başqa, həmin şəxslərdən 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub. Eyni zamanda xəstələrdən 13 min 362-i 3-13 yaş, 4 min 84-ü 14-17 yaş, 11 min 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 min 283 nəfər ötən il pnevmoniyaya yoluxub. Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.

Mətləb

Chosen
41
12
baki-xeber.com

10Sources