EN

İndoneziya Azərbaycandan neft idxalını 38% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndoneziya 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 72 milyon 131 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi isə 130 min 925 ton təşkil edib.

İndoneziyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 7 ayına nisbətdə 57 milyon 818 min dollar və ya 44.5%, miqdarı isə 38% azalıb.

Qeyd edək ki, yanvar-iyul aylarında ən çox neft ixrac etdiyimiz ölkə İtaliya (8.4 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
84
1
banco.az

10Sources