EN

Belarusiya İranın sülh məqsədli nüvə proqramını dəstəkləyir

Ajans.az xəbər verir ki,bu barədə respublika prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkian ilə görüşdən sonra mətbuata məlumat verib. “Biz İranın dinc atom yaratmaq üçün qanuni hüququnu dəstəkləyirik”, – Lukaşenko bildirib. Prezident həmçinin vurğulayıb ki, davamlı sülh üçün münaqişənin gərginləşməsinə səbəb olacaq hərəkətlərdən çəkinmək lazımdır. O, İran və İsrail arasında artan gərginliyin ABŞ-ın işə qarışmasına yol açdığını qeyd edib.

 

Chosen
19
Ajans.az

1Sources