Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycana verdiyi dəstəyə görə Avropa Ravvinləri Konfransının (CER) vitse-prezidenti Levin Moise Moşeyə minnətdarlığını bildirib.
L.Abdullayeva bu barədə “X” hesabında paylaşım edib.
"Əsl dostlar hər zaman çətin anlarda olurlar. Hörmətli Levin Moise Moşe, hər zaman bizim yanımızda olduğunuza və sadiq dostluğunuza görə təşəkkür edirik. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi saziş sülh və firavanlıq üçün yeni regional fəsil açacaq", - deyə diplomat qeyd edib.
ZÜMRÜD