Konqo 140-dan çox vətəndaşı qətlə yetirib
Ajans.az BBC-ə istiandən xəbər verir ki,şahidlər və hüquq müdafiəçiləri bildiriblər ki, Ruanda tərəfindən dəstəklənən üsyançılar Virunqa Milli Parkı yaxınlığındakı Rutşuru bölgəsində əsasən etnik Hutu sakinlərini, o cümlədən qadın və uşaqları vəhşicəsinə edam ediblər. Üsyançılar əvvəlki qətllərdə iştirak etdiklərini rədd edərək ittihamları “faktların təhrif edilməsi” adlandırıblar. HRW hesabatında qeyd olunur ki, iyulun 10–30-u arasında M23 döyüşçüləri 14 kənd və əkinçilik sahələrinə hücum edərək, insanların getməsinin qarşısını almaq üçün əraziyə giriş yollarını bağlayıb, silahlı və pala ilə qətliamlar törədiblər. Bir çox şahid ailə üzvlərinin öldürüldüyünü və cəsədlərin Rutşuru çayına atıldığını bildirir. BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, Ruanda Müdafiə Qüvvələrinin üzvləri M23 əməliyyatlarını dəstəkləyib. Kiqali isə bu iddiaları rədd edərək onları “əsassız” adlandırıb. HRW, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və beynəlxalq hökumətləri Konqo DR-də mülki əhaliyə qarşı törədilən ağır sui-istifadələri pisləməyə, məsul şəxslərə qarşı sanksiyalar tətbiq etməyə və müvafiq komandirlərin həbs olunaraq məhkəmə qarşısına çıxarılmasına çağırıb.