
Çinin mərkəzi və yerli idarəetmə orqanlarının büdcə gəlirləri bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz, büdcə xərcləri isə 3,4 faiz artıb.
Çin Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ilin yanvar-iyul ayları arasında mərkəzi və yerli hökumətlərin ümumi büdcə gəlirləri illik müqayisədə 0,1 faiz artaraq 13,58 trilyon yuana (1,9 trilyon dollar) çatıb.
Büdcə xərcləri bu dövrdə 3,4 faiz artaraq 16,1 trilyon yuana (2,2 trilyon dollar) çatıb.
İlin ilk yeddi ayında büdcə kəsiri 300 milyard dolları ötüb.
2024-cü ildə Çinin mərkəzi və yerli hökumət büdcə gəlirlərinin 21,97 trilyon yuan (ilin sonuna məzənnə ilə 3,05 trilyon dollar), büdcə xərclərinin isə 28,46 trilyon yuan (ilin sonuna məzənnə ilə 3,93 trilyon dollar) olacağı proqnozlaşdırılırdı.
Hökumət bu il büdcə kəsirinin ÜDM-ə nisbəti hədəfini 3 faizdən 4 faizə yüksəltməklə, artımı təşviq edən siyasətlər üçün büdcə xərclərini artırmaq niyyətini açıqlamışdı.