EN

İlham Əliyev və Xanımı Gəncəyə getdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
ONN media xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
Chosen
17
7
onn.az

10Sources