Azərbaycan və BƏƏ sentyabrda Rusiyanın paytaxtında keçiriləcək “İntervision 2025” beynəlxalq estrada mahnı müsabiqəsində iştirak etməyəcək.
“Avropanın bir sıra ölkələrinə, eləcə də ABŞ-a dəvətlər göndərilib. Bu il müsabiqədə bütün qitələrdən nümayəndələr təmsil olunacaq ki, bu da bu formata qlobal marağın olduğunu əyani şəkildə nümayiş etdirir. Təəssüf ki, bəzi ölkələr daxili səbəblər, hazırlıq üçün vaxtın olmaması və mədəniyyət nazirliklərində tədbirlərin sıx qrafiki ucbatından iştirak edə bilməyiblər”, – deyə tədbirin təşkilatçısı olan İncəsənət Fondundan bildirilib.
Müsabiqədə 19 ölkə iştirak edəcək. Xatırladırıq ki, Azərbaycan bundan əvvəl iştirakçı ölkələr sırasında idi.