EN

Rusiya Xəzərlə bağlı mühüm infrastruktur layihəsindən imtina etmək istəyir

Yazını böyüt
Yazını kiçilt

Rusiya hökuməti Volqa-Xəzər Dəniz Gəmiçiliyi Kanalının daha da dərinləşdirilməsi planlarından imtina etmək niyyətindədir.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı mənbəyə istinadən "Kommersant" yayıb. Qərar Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsi və dərinləşdirmə işlərinin bahalaşması ilə bağlıdır.

Təşəbbüs baş nazirin müavini Vitali Savelyevin iyulun 31-də Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubda öz əksini tapıb. Kanalın dərinliyinin 4.2-dən 4.5 m-ə çatdırılması üzrə işlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə irimiqyaslı layihənin tərkib hissəsi olub.

Nəşrin mənbəsi bildirib ki, 2023-cü ildə Volqa-Xəzər Dəniz Gəmiçiliyi Kanalında dib qazma işlərinə 4.08 milyard rubl, o cümlədən büdcədən 2.08 milyard rubl və "Rosmorport" fondlarından 2 milyard rubl xərclənib.

Onun sözlərinə görə, bu il dövlət şirkətinin xərcləri 3.51 milyard rubl təşkil edib, 2025-ci il üçün isə 3.53 milyard rubl məbləğində xərclər planlaşdırılıb. Xəzər dənizinin səviyyəsinin kritik aşağı düşməsi qazılan qruntun həcminin əhəmiyyətli dərəcədə artırılmasını tələb edir ki, bu da işlərin maya dəyərinin kəskin artmasına səbəb olub. Qəzetin həmsöhbəti aydınlıq gətirib ki, indi "Rosmorport" qazıntının maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı yaşayır.

Chosen
109
1
hafta.az

10Sources