İrandan deportasiya edilmiş əfqanları daşıyan avtobus qəzaya uğrayıb.
Missiya.Az "CNN"ə istinadən xəbər verir ki, Herat şəhərində baş verən qəzada azı 76 nəfər həlak olub.
Bildirilib ki, Əfqanıstan-İran sərhədi yaxınlığındakı İslam Qala qəsəbəsindən yola düşən avtobus paytaxt Kabilə doğru hərəkət edərkən qəzaya düşüb.
İlahə Qənbərli Missiya.Az