EN

21 yaşlı futbolçusuna 30 milyon avro qiymət qoydu - “Barselona”

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado mövsümöncəsi transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 21 yaşlı futbolçunu yalnız 30 milyon avro məbləğində təklif gəldiyi halda buraxacaq.

Daha əvvəl İngiltərə Premyer Liqası klublarının Kasado ilə maraqlandığı və “Barselona”ya rəsmi sorğu göndərdiyi bildirilmişdi.

“Barselona” akademiyasının yetirməsi olan Kasado ötən mövsüm bütün turnirlərdə 36 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
80
8
sportinfo.az

10Sources