EN

“Qol vurmaq üçün həmişə çalışıram” – Musa Qurbanlı

“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox xoşbəxtəm. Amma istəmirəm ki, başqa şeylər haqda düşünüm”.

İdmanxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş” üzərində 3:1 hesablı qələbədən sonra deyib.

Görüşdə komandasının üçüncü qoluna imza atan futbolçu Bakıya dönüşdə hava limanında jurnalistlərin suallarını cavablandırıb:

“Qol vurmaq üçün həmişə çalışıram. İndiyə qədər də çox zəhmət çəkmişəm, sadəcə səbr etmək lazım idi. Bundan sonra da daha yaxşısına can atacağam. Allah nə vaxt istəsə, onda mükafatlandırır. Mənim vəzifəm sadəcə işləməkdir”.

 

Chosen
19
idmanxeber.az

1Sources