EN

Meksika ilə sərhəddəki divarı qaraya boyayacaqlar

ABŞ və Meksika sərhədindəki divar qara rəngə boyanacaq.

News24.az “CBS”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem açıqlayıb. 

Onun sözlərinə görə, bu, ölkə Prezidenti Donald Trampın göstərişinə əsasən ediləcək:

Bildirilib ki, bunu etməkdə məqsəd qanunsuz miqrantların divari aşmasında çətinlik yaratmaqdır: “Bu, xüsusi olaraq prezidentin istəyi ilə ediləcək. O bilir ki, isti hava şəraitində qara rəngə boyanmış səth qızır və insanların divarı aşması daha da çətin olacaq. Buna görə də, cənub sərhədində bütün divarı qara rəngə boyamağa hazırlaşırıq”.

Qeyd edək ki, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi Donald Trampın seçkiqabağı vədlərinin ən başlıcalarından biri idi. O, bu ilin yanvarında ikinci dəfə prezident postuna gəldikdə Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi və divarın inşası ilə bağlı fərmanlar imzalayıb.

Chosen
78
1
news24.az

2Sources