EN

Ceyhun Bayramov ilə Kiprin xarici işlər naziri arasında telefon danışığı olub

Bakı. Trend:

20 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Kiprin xarici işlər naziriKonstantinos Kombos arasında telefon danışığı aparılıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyi məlumat verib.

Məlumata görə, Kiprin xarici işlər naziri AzərbaycanRespublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvəgörüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesindənailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Kiprin 2026-cı ilin ilk yarısındaAvropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habeləregional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründəbölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğubildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Chosen
77
20
az.trend.az

10Sources