EN

Türkiyənin KAAN hərbi təyyarə layıhəsinə Misir də qoşulur

Misir Türkiyənin 5-ci nəsil qırıcı layihəsi olan KAAN-a qoşulur, ərəb mediası yazır.

“Ankara və Qahirə arasında bu strateji yaxınlaşma Yaxın Şərqdə güc balansını dəyişə biləcək bir addım kimi qiymətləndirilir. Layihə İsrailin regional hərbi üstünlüyünə meydan oxuya bilər”, – Türkiyə mediası yazır.

Müvafiq saziş bu ilin sonuna qədər imzalana bilər.

Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, keçən il Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil demişdi ki,“KAAN” beşinci nəsil hərbi təyyarəmizin bir parçası da Azərbaycanda istehsal olunur. Yəni, “KAAN”da Azərbaycandan da bir parça var”.

Chosen
31
moderator.az

1Sources