Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 21-də respublika üzrə avqust ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Fondun mətbuat xidmətindən bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.