
Bakı, 16 dekabr, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.