EN

Sabah avqust ayı üzrə pensiyaların ödənilməsi yekunlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 21-də respublika üzrə avqust ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Chosen
90
20
ikisahil.az

10Sources