Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndində dağlıq ərazidə 9 hektar sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan ev yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.