EN

Almaniya Azərbaycandan neft alışını artırıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 356,6 milyon ABŞ dolları dəyərində 661,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,4 milyon ABŞ dolları və ya 2,4% çoxdur, həcm ifadəsində isə 131,5 milyon ton və ya 24,8% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Almaniyaya 348,3 milyon ABŞ dolları dəyərində 530,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.

Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Chosen
41
14
turkic.world

10Sources