Braziliyalı futbolçu Rafael Utziq “Zirə”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, forvard Vyetnamın “Ho Çi Minh Siti Polis” klubuna bir illik icarəyə verilib.
Xatırladaq ki, Utziq 2024-cü ilin yanvarından "Zirə"də çıxış edib. Onun "qartallar"la sözləşməsinin müddəti 2026-cı ilin yayında bitir.