EN

Rusiya Xəzərdəki layihəsindən imtina edə bilər

AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Vitali Savelyevin iyulun 31-də prezident Vladimir Putinə məktubuna istinad edən “Kommersant” nəşri belə məlumat yayıb.

Uzunluğu 188 km olan Volqa-Xəzər kanalı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. 2023-cü ildə orada 10,2 milyon kubmetr, 2024-cü ildə isə 6,8 milyon kubmetr torpaq çıxarılıb. Bu işlər gəmilərin 4,5 metr hündürlükdə su axınını formal olaraq təmin etməyə imkan verib. Onu saxlamaq üçün 2025-ci ildə səkkiz dredderin (torpaq dayağı) cəlb edilməsi planlaşdırılırdı.

2023-cü ildə qazma işlərinə 4,08 milyard rubl xərclənib. Bunun 2,08 milyardı büdcədən, 2 milyardı “Rosmorport” şirkətinin fondlarından daxil olub. 2024-cü ildə xərclər 3,51 milyard rubl, 2025-ci ildə isə 3,53 milyard rubl səviyyəsində planlaşdırılıb.

Lakin son iki ildə Xəzərin səviyyəsi xeyli aşağı düşdüyündən kanalın dibindən daha çox torpaq çıxarmaq zərurəti yaranıb ki, bu da görülən işlərin maya dəyərini artırıb. Hazırda isə VXDGK-nin dərinləşdirilməsi palanını davam etdirmək üçün“Rosmorport” şirkətinin kifayət qədər vəsaiti yoxdur.

Sahil İsgəndərov
AzVision.az
Chosen
132
azvision.az

1Sources