EN

Selçuk Bayraktar Türkiyənin vergi rekordçusu olub  

2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Selçuk Bayraktar başçılıq edir.

AZƏRTAC xəbər verir ki, S.Bayraktar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib.

Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi, şirkətin baş direktoru Haluk Bayraktar qərarlaşıb.

Türkiyə Gəlirlər Təşkilatının məlumatına görə, Selçuk və Haluk Bayraktar dördüncü ildir ki, ən böyük gəlir vergisi ödəyiciləri siyahısına başçılıq edirlər.

Qeyd edək ki, “Baykar” şirkətinin ötən il müdafiə ixracının həcmi 1,8 milyard dollara çatıb.

Aparıcı PUA istehsalçısı Türkiyənin bütün müdafiə və aviasiya sektoru ixracatının dörddəbirini həyata keçirir.

Chosen
33
10
azerbaijan-news.az

10Sources