
Ermənistan parlamentinin səhiyyə məsələləri üzrə daimi komissiyasının sədri, “Mülki müqavilə” fraksiyasından olan deputat Arsen Torosyan deputat mantadından imtina edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlamentin spikeri artıq deputatın müvafiq ərizəsini qəbul edib.
Qeyd olunub ki, Torosyana artıq “Mülki Müqavilə”nin Direktorlar Şurasında yüksək vəzifə verilib.