Biləsuvarda bıçaqlanma hadisəsi olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimankənd kəndində qeydə alınıb.
Kənd sakini 17 yaşlı K. Abuzərov bacısının qayınatası 59 yaşlı Babayev Azər Babulla oğlunu bıçaqlayıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən K.Abuzərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.