Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tanınmış heykəltəraş Barbara Hepuorsun 1943-cü ildə ərsəyə gətirdiyi “Sculpture with Colour (Oval Form) Pale Blue and Red” adlı əsəri əldə olunub.
Kulis.az xəbər verir ki, heykəlin xaricə satılmasının qarşısını almaq üçün “The Hepworth Wakefield” muzeyi və “Art Fund” təşkilatı birlikdə 3,8 milyon funt sterlinq məbləğində vəsait toplayıblar. Sözügedən sənət əsəri Birləşmiş Krallıqda qalaraq ictimaiyyət üçün açıq şəkildə nümayiş etdirilməyə davam edəcək.
Taxta və ipdən hazırlanmış bu heykəl artıq ölkənin milli kolleksiyasına daxil ediləcək və sənətçinin vətəni olan Vest-Yorkşirdəki Ueykfild şəhərində, Hepuorsun adına olan muzeydə daimi sərgilənəcək.
Qeyd edək ki, 3.5 milyon paunda satılan əsər əvvəllər şəxsi kolleksiyada saxlanılıb, satıldıqdan sonra hökümət əsərin ölkədən çıxmaması yerli mədəniyyət orqanlarına vaxt verib və yenidən geri satın alınıb.
“Eşqin sehri” 27 il sonra: Cadugərlər geri qayıdır
Azərbaycanlı bloqer Rusiyada federal axtarışa verildi
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" işıq üzü görüb
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.