ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.
Kulis.az Lent.az-a istinadən xəbər verir ki, daxil olan videomüraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdığından danışıb:
"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamlar vasitəsi ilə qayınatamın problemini həll edəcəklər. Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".
"Sünnətsiz" - Hikmət Orhunun hekayəsi
Susaraq danışmaq... - Yeni esse
"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?" - Allahverdi Yolçuyevdən açıqlama
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.