EN

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçirilib

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil olunan “Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. Tədbir Agentliyin son illər ərzində həyata keçirdiyi islahatlarla bağlı təqdimatın nümayişi ilə başlayıb. 

Görüş zamanı dənizçiləri maraqlandıran suallara cavab verilib və bir sıra mövzular ətrafında müzakirələr aparılıb.  

Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Məcəllənin (DHDNÇ) müvafiq cədvəllərinə uyğun olaraq təsdiq edilmiş proqramlar əsasında hərbi dənizçilik təhsil müəssisəsini bitirmiş şəxslər üçün yaxın gələcəkdə ixtisasartırma kursları təşkil olunacaq. 

Diqqətə çatdırılıb ki, sıravi heyət hazırlığı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq Agentlik tərəfindən müvafiq işlər görülür. Qısa zaman ərzində sözügedən kursların keçirilməsi ilə bağlı ictimaiyyətə açıqlama veriləcək. 

Görüşdə təlim-tədris və dənizçi sənədlərinin verilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində mərhələli şəkildə işlərin görüldüyü də vurğulanıb.

Bildirilib ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktların tələbləri nəzərə alınmaqla dənizçilərin sertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi, habelə milli qanunvericilikdə zəruri dəyişikliklər nəzərdə tutulur.

Qeyd edək ki, növbəti aylarda nəzərdə tutulan “Açıq qapı” günləri ilə bağlı Agentliyin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.

Chosen
32
3
xalqqazeti.az

4Sources