BAKI, 20 avqust. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Kursk vilayətini F-16 qırıcıları ilə bombardman edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumatda deyilir ki, iki F-16 sərhəddəki Tetkino kəndi yaxınlığına idarəolunan bombalar atıb.
KİV Ukrayna hərbi aviasiyasının sərhəd bölgələrində fəallaşdığını bildirib.