EN

Prezident “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olub – Yenilənib


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.
Yeniavaz.com
xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci vitse-prezidentə görülən, həmçinin həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır.
Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan Kompleks müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq. Füsunkar təbiət mənzərələri ilə zəngin bu məkanda milli və beynəlxalq mətbəxin ləziz təamlarının təqdim olunacağı restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq. Onların qapalı hovuzda istirahət etməsi, ənənəvi SPA xidmətlərindən istifadəsi, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalından faydalanması nəzərdə tutulur.
Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün unudulmaz anlar vəd edən rəngarəng xüsusi zonaların fəaliyyət göstərməsi planlaşdırılır. Ərazidə yerləşəcək futbol və basketbol meydançaları, yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda fəal istirahət imkanı təqdim edəcək.
Eyni zamanda, Kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq.
Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.




***15:29
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar.
Yeniavaz.com
Chosen
30
15
yeniavaz.com

10Sources