EN

Ukraynadan sonra Azərbaycan hədəfdədir? Kreml yeni düşmən axtarışında

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Kreml Ukraynada uğursuzluqdan sonra yeni düşmən obrazı axtarır".

Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, son aylarda Rusiyanın təbliğatında Azərbaycan və Qazaxıstan xüsusi hədəf seçilib. Bundan əvvəl bu hücumlar Baltik ölkələrinə, NATO-ya və Fransaya yönəlmişdi.

"Bu təbliğat təzyiqi davam edəcək. İndi yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq", - deyə o qeyd edib.

Tofiq Zülfüqarov vurğulayıb ki, Ukrayna ərazisində Azərbaycan obyektlərinə heç bir təhlükə yoxdur.

"Azərbaycanla Türkiyə arasında güclü ittifaq mövcuddur və bu bizi istənilən hərbi təhdiddən qoruyur. Rusiyanın isə nə cəsarəti, nə də gücü var ki, ikinci cəbhə açsın. İndi yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq", - deyə sabiq nazir əlavə edib.

Ətraflı Baku TV-nin videomaterialında:

Ukraynadan sonra Azərbaycan hədəfdədir? - Kreml yeni düşmən axtarışında

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
1
oxu.az

6Sources