16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
İdman.biz xəbər verir ki, yığma İsveç seçməsi ilə qarşılaşıb.
Oyun rəqibin qələbəsi ilə bitib - 87:54.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.
İdman.biz