EN

Ali Radanın deputatı saxlanıldı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya ilə əməkdaşlıqda ittiham olunan Ali Radanın fərari deputatı Fedor Xristenko saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə deputatın həyat yoldaşı Marina Xristenko məlumat verib.

“BƏƏ-də Ukraynanın tələbi ilə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya işləməkdə ittiham etdiyi deputat Fedor Xristenko Ukraynaya ekstradisiya üçün saxlanılıb".

Ukrayna Təhlükəsizlik Xidməti  həmçinin Xristenkonu Ukrayna Milli Antikorrupsiya Bürosuna (NABU) təsir etməkdə ittiham edir. Ehtimal olunur ki, deputat “Kvartal 95” istehsalat studiyasının təsisçisi Timur Mindiçin mənzilində telefon dinləmələri ilə bağlı işdə  şahidlərdən biri olub.

Aqil Qarayev

Chosen
59
1
news24.az

2Sources