EN

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş, Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala, Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik, Yardımlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Chosen
14
45
Ajans.az

10Sources