Fransanın "Ayaçço" futbol klubu iflas proseduruna başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Qeyd olunub ki, avqustun 18-də komanda Ayaçço Şəhər Məhkəməsinə müflis olduğu ilə bağlı müraciət edib. 180 əməkdaş klubdan çıxarılacaq, təlim mərkəzi isə bağlanacaq.
Xatırladaq ki, avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan "Ayaçço"nun bütün milli yarışlardan kənarlaşdırıldığını açıqlayıb. Klub üçüncü diviziona müraciət edə biləcəyinə ümid edir, lakin FFF-nin qərarından apellyasiya şikayəti vermək üçün bir neçə yüz min avro toplamalıdır.