EN

Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Demokrat.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə olunub. Həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunulub.

Ticarət dövriyyəsinin dinamikası, eləcə də birgə proqramların icrasının gedişatı müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Chosen
28
demokrat.az

1Sources