Polşa Ukraynaya hərbi kontingent göndərməkdən imtina edib. Ölkə rəhbərliyi bununla öz silahlı qüvvələrini zəiflətmək riski ilə üzləşmək istəmir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın Politico nəşri məlumat yayıb.
Nəşr bildirir ki, “Polşa, indi AB daxilində ən böyük silahlı qüvvələrə malik ölkə olaraq, Ukraynaya hərbi kontingent göndərmək imkanını istisna edir”.
Buna baxmayaraq, Varşava Ukraynanın təhlükəsizliyini təmin etməyə hazır olan ölkələrə hərbi logistika dəstəyi göstərməyə hazırdır.
Daha əvvəl Polşa Müdafiə Nazirliyi rəhbəri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, “istəkli koalisiya”dakı bütün ölkələr öz hərbi qüvvələrini Ukraynaya göndərməyə hazır deyil.
//Samir Qurbanov, Editor.az