EN

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir və ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunması təmin ediləcək.

QHT.az xəbər verir ki, bunu DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

O, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq 7 DOST mərkəzi, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edildiyi vurğulanıb.

Bildirilib ki, ötən dövrdə DOST xidmətlərinə 3,8 milyona yaxın vətəndaş müraciəti olub və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,6 faiz təşkil edib.

DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu diqqətə çatdırılıb. Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu qeyd edilib.

İclasda bölgələrdə DOST mərkəzləri və filiallarının açılması istiqamətində görülən işlərdən bəhs olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyətinə dair hesabatla çıxış edib. Həmçinin DOST mərkəzlərinin fəaliyyəti, strateji məqsədlər və prioritetləri müzakirə olunub.

Chosen
28
5
qht.az

6Sources