EN

İqtisadi rayonlar üzrə adambaşına gəlirlər açıqlanıb

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk yarısında Azərbaycanda adambaşına düşən orta aylıq gəlir 377,9 manat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək göstərici Bakıda qeydə alınıb. Paytaxtda adambaşına gəlir 396,1 manat olmaqla ümumi göstəricidən bir qədər çoxdur. Naxçıvan Muxtar Respublikasında bu rəqəm 384,7 manat, Abşeron-Xızı iqtisadi rayonunda isə 383,9 manat olub.

Ən aşağı göstərici Mil-Muğan iqtisadi rayonunda müşahidə edilib – 353,8 manat. Qazax-Tovuzda 376,9 manat, Qarabağda 384,7 manat, Gəncə-Daşkəsəndə isə 371,2 manat qeydə alınıb. Quba-Xaçmaz 355,2 manat, Lənkəran-Astara 381,3 manat, Şirvan-Salyan isə 373,3 manatla orta həddə yaxın nəticə göstərib.

Muzdlu işdən əldə olunan gəlirlər ən yüksək Abşeron-Xızıda olub – 199,4 manat. Bakıda bu göstərici 182,9 manat, Şərqi Zəngəzurda 173,8 manat təşkil edib. Ən aşağı muzdlu gəlir isə Lənkəran-Astara (84 manat) və Mil-Muğan (97,3 manat) rayonlarında qeydə alınıb.

Özünüməşğulluqdan gəlirlərin payı xüsusilə Dağlıq Şirvan (141,6 manat), Qarabağ (144,2 manat) və Mil-Muğan (168,3 manat) bölgələrində yüksək olub. Kənd təsərrüfatı məhsullarının istehsalından gəlirlər də əsasən regionlarda üstünlük təşkil edib. Qazax-Tovuz (73,8 manat), Mil-Muğan (64,3 manat), Şəki-Zaqatala (53,7 manat) və Şərqi Zəngəzur (57,3 manat) bu baxımdan öndədir. Bakıda isə kənd təsərrüfatı gəliri cəmi 0,3 manat təşkil edib.

Mülkiyyətdən gəlirlərə gəldikdə, ən çox gəlir Bakı şəhərindədir – 2,4 manat. Ən aşağı göstəricilər isə Qarabağ və Qazax-Tovuzda (0,2 manat) müşahidə olunub. Əmlakın icarəyə verilməsindən gəlirlər də əsasən Bakıda (1,9 manat) formalaşıb.

Alınmış cari transfertlər içində pensiyalar və sosial ödənişlər mühüm yer tutur. Bakı sakinləri orta hesabla 86,1 manat, Qarabağ 74,7 manat, Şirvan-Salyan isə 94,4 manat transfertlər əldə edib. Pensiya ödənişləri ən çox Şirvan-Salyanda – 80,9 manat olub. Müavinət və digər sosial ödənişlər isə ən yüksək göstərici ilə Dağlıq Şirvanda (14,2 manat) qeydə alınıb.

Ölkə xaricindən alınan vəsaitlər daha çox Quba-Xaçmaz (12,5 manat) və Lənkəran-Astara (13,6 manat) rayonlarında müşahidə edilib.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
yeniavaz.com

2Sources