EN

Ukraynanın AŞ-dəki yeni daimi nümayəndəsinin adı məlum olub

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq mədəniyyət naziri Nikolay Toçitskini ölkəsinin Avropa Şurasındakı daimi nümayəndəsi təyin edib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, Volodimir Zelenski bununla bağlı fərman imzalayıb.

"Toçitski Nikolay Stanislavoviç Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi təyin edilsin", - sənəddə qeyd edilib.

V.Zelenski digər fərmanla bu vəzifəni tutan Boris Tarasyuku işdən azad edib.
Chosen
26
3
sherg.az

4Sources