Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk komandasının əzəli rəqibi “Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyonin iddialı açıqlamasına özünəməxsus tərzdə cavab verib.
İdman.biz xəbər verir ki, portuqaliyalı baş məşqçi “Qalatasaray”ın oyununu 1 dəqiqə izlədim, bəs etdi” şəklində açıqlama verərək rəqibinə ciddi vaxt ayırmadığını bildirmişdi.
Buruk isə yerli KİV-ə verdiyi açıqlamada Mourinyonun sözlərinə məhəl qiymadığını deyib: “O sözlərə çox da diqqət vermədim. Həmişə öyrəşdiyimiz bir şey olduğu üçün ciddiyə almadım”.
“Qalatasaray”ın baş məşqçisi daha sonra bildirib ki, bu cür məsələlərdə səssiz qalmaq, uzatmamaq lazımdır: "Yandırılan alovu söndürmək lazımdır. (Mourinyo) Əlini uzatsa, mən də uzadaram. Həyatımda heç kimə qarşı kin saxlamamışam".
İdman.biz