Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə danışıqların növbəti raundu üçün İran nümayəndə heyətini Vyanaya göndərə bilər.
Operativ Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İranın xarici işlər naziri, MAQATE-nin baş direktorunun müavini və Təhlükəsizlik Tədbirləri Departamentinin rəhbəri Massimo Aparovun Tehrana səfərinin nəticələrinə toxunaraq bildirib ki, onun fikrincə, Aparovun İrana səfəri nüvə məsələsinin daha yaxşı anlaşılması baxımından Tehran üçün faydalı olub.
“Bu səfərdən sonra biz parlament qanununa əsaslanan mümkün yol barədə fikirlərimizi yazaraq təqdim etdik. Daha sonra isə MAQATE öz şərhlərini hazırlayıb bizə göndərdi və İranla Agentlik arasında bu qarşılıqlı faydalı əməkdaşlıq davam edir. Yəqin ki, danışıqların növbəti mərhələsi üçün həmkarlarımızı Vyanaya göndərəcəyik”, – deyə yüksək vəzifəli iranlı diplomat əlavə edib.