EN

Başınız çıxmır - Hədəfləriniz, düşüncələriniz kimi cılızsız!

Əcnəbi sevdanız bitmədi də...

Bu adam işi ilə illərdi azərbaycanlı məşqçilərə, futbolçulara hörmət edilməli olduğunu sübut edir.

Təəssüf ki, klub rəhbərləri, federasiya başbilənləri aydın həqiqətə kor olublar.

Arasında hətta legioner limitini ləğv etdirəcək qədər yerlilərə nifrəti, gəlmələrə sevgisi olanlar var.

Bəs limit olmadan qruplarda tarix yazılacaqdı? Yenə tarixi bu adamı yazdı. Həm də Nəriman, Musa kimi yerlilərlə...

Siz isə yenə qayıdın kəndə...

Stadionu olmayan, həvəskar idarə olunan klubların yer aldığı məkanda başınızı girələmək üçün.

Avrokuboklara vəsiqə qazanmaq kimi cılız hədəflər uğurunda mübarizə aparmaq üçün.

Axı özünüz də hədəfləriniz, düşüncələriniz kimi cılızsınız.

Canınız çıxır Bakının mərkəzində məskən salan "Qarabağ"ın bazasına baş çəkisiniz, bir çay süfrəsinə qonaq olasınız.

Başınız çıxmır, bacarıqsız yığınızsız.

Həmin bazada isə bacarıqlı insanlar çoxdur.

Həm də səmimi, sizin kimi cılızlara belə vaxt ayıracaq qədər təvazökardılar.

Bir sual edin ki, necə belə böyük ola bilirsiniz, böyüyə bilirsiniz.

Əzəldən balacaların işi böyüklərdən öyrənmək olur.

Təssüf ki, balaca olmağı da bacarmırsınız.

Milyonları kora, dəliyə, cahilə də versən dağıtmağa bir yolunu tapar...

XANOĞLAN İMANOV

Chosen
28
sportinfo.az

1Sources